- Transfer
- 00:13 01.02.2026
“Mançester Yunayted” yay transfer pəncərəsi üçün planlarını açıqlayıb.
90deqiqe.Az-ın "Manutd Addict"ə istinadən məlumata görə, “qırmızı şeytanlar” iki yarımmüdafiəçi transfer etmək üçün 120 milyon funt sterlinq vəsait əldə edəcək. Bundan əlavə, klub sol və mərkəz müdafiəçisi üçün 70 milyon funt, sol qanad oyunçusunu heyətə qatmaq üçün isə 60 milyon funt ayracaq.
Transferlərin konkret şəxsə bağlı olaraq bu məbləğlər dəyişə bilər. Beləliklə, “Mançester Yunayted” yay pəncərəsi üçün ümumilikdə 250 milyon funt sterlinq vəsaitə sahib olacaq.
Hazırda “Mançester Yunayted” 38 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.