1 fevral 2026. Bazar günü

“Real”ın yay transfer planı


  • Transfer
  • 16:06 01.02.2026
  • Oxunma sayı: 26
“Real”ın yay transfer planı

“Real” klubu yay transfer pəncərəsində bir neçə futbolçunu heyətinə qatmağı planlaşdırır.

90deqiqe.Az-ın "AS"a istinadən məlumata görə, paytaxt təmsilçisi əsas diqqəti müdafiə xəttinin gücləndirilməsinə yönəldib.

“Qaymaqlılar” yay aylarında bir və ya iki mərkəz müdafiəçisini transfer etməyi hədəfləyir. Bununla yanaşı, “Real” yarımmüdafiə xəttinə də əl gəzdirərək mərkəz yarımmüdafiəçisi mövqeyi üçün yeni oyunçu cəlb etməyi planlaşdırır.

Hazırda Madrid klubu İspaniya çempionatının turnir cədvəlində 21 turdan sonra topladığı 51 xalla ikinci pillədə qərarlaşıb. “Real” lider “Barselona”dan dörd xal geri qalır, lakin bir oyunu ehtiyatda var.

Qeyd edək ki, bu gün – fevralın 1-də “Real” doğma meydanda “Rayo Valyekano”nu qəbul edəcək.







Transfer

“Real”ın yay transfer planı
  • Transfer
  • 16:06 01.02.2026
“Real”ın yay transfer planı