18 mart 2026. Çərşənbə

Karvaxal "Real Madrid"lə müqaviləsini uzadacaq


  • Transfer
  • 16:09 01.02.2026
  • Oxunma sayı: 240
Karvaxal "Real Madrid"lə müqaviləsini uzadacaq

Müdafiəçi Daniel Karvaxal  karyerasını “Real”da davam etdirəcək.

90deqiqe.Az-ın "AS"a istinadən məlumata görə, 33 yaşlı futbolçu yüksək ehtimalla Madrid klubuyla yeni müqavilə imzalayacaq. Lakin oyunçunun klub tərəfindən hazırkı fiziki və oyun forması dəqiq qiymətləndirilə bilsin deyə, ona daha çox meydanda çıxış etmək lazımdır.

Qeyd edək ki, Daniel Karvaxal “Real”ın yetirməsidir. O, 2012/13 mövsümündə bir illik fasilə ilə “Bayer”də çıxış etmiş, sonradan isə 6 milyon avroya geri alınıb. Cari mövsümdə Karvaxal bütün turnirlərdə 10 oyuna çıxıb, məhsuldar göstərici qazana bilməyib. Hazırda müdafiəçi oktyabrın sonunda aldığı diz zədəsindən bərpa olunur.







Transfer

Stounz "Everton"a qayıda bilər
  • Transfer
  • 22:31 17.03.2026
Stounz "Everton"a qayıda bilər