- Transfer
- 17:55 01.02.2026
“Yuventus” klubu “Mançester Siti” hücumçusu Castin Oboavvoduo ilə müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
"Şəhərlilər"in akademiyasının yetirməsi ilk mərhələdə 19 yaşlı futbolçu U23 komandasında çıxış edəcək, daha sonra isə tədricən əsas komanda ilə məşqlərə qoşulacaq.
Qeyd edək ki, turinlilər bundan əvvəl “Bavariya”nın gənclər komandasında çıxış edən perspektivli oyunçu Adin Liçina ilə də müqavilə bağlamışdı.
Oboavvoduo cari mövsümdə “Mançester Siti”nin gənclər komandasında 18 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Nigeriya əsilli futbolçu İngiltərənin bütün gənclər komandalarında çıxış edib.