- Transfer
- 17:55 01.02.2026
“Qalatasaray”ın hücumçusu Mauro İkardi yenidən İtaliya A Seriyasına qayıda bilər.
90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçu ilə “Yuventus” maraqlanır. Turin klubu hücumçunun transferi ilə bağlı rəsmi sorğu göndərib, “Qalatasaray” isə oyunçunu satmağa hazırdır.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən “Qalatasaray”da çıxış edir. O, Fransanın “PSJ” klubundan 10 milyon avroya Türkiyə təmsilçisinə transfer olunub. Onun müqaviləsi 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub.
Cari mövsümdə İkardi 29 oyunda meydana çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, argentinalı futbolçunun bazar dəyəri 6 milyon avrodur.