1 fevral 2026. Bazar günü

Çiro İmmobile “Bolonya”dan “Paris”ə keçdi


  • Transfer
  • 20:22 01.02.2026
  • Oxunma sayı: 24
Çiro İmmobile “Bolonya”dan “Paris”ə keçdi

İtaliyalı hücumçu Çiro İmmobile “Bolonya”dan “Paris” klubuna transfer olunub.

90deqiqe.Az-ın məlumata görə, həftəsonu klublar 35 yaşlı futbolçunun transferini açıqlayıblar. Transferin maliyyə şərtləri hələlik açıqlanmır.

Mövsümün birinci yarısında İmmobile “Bolonya”nın heyətində 9 oyuna çıxıb, lakin məhsuldar hər hansı göstərici ilə yadda qalmayıb. 2021-ci ildə İtaliya millisinin formasında Avropa çempionu olmuş təcrübəli forvard indi Fransa Liqasında özünü sınayacaq.

“Paris” hazırda Liqa 1-in turnir cədvəlində 13-cü pillədədir. Komanda ötən şənbə evdə “Marsel”lə qarşılaşmada 2:2 hesabı ilə heç-heçə edib.







Transfer

İkardi Seriya A-ya qayıda bilər
  • Transfer
  • 17:55 01.02.2026
İkardi Seriya A-ya qayıda bilər