2 fevral 2026. Bazar ertəsi

Ronaldonun etirazı səbəbindən Benzemanın transferi təxirə salındı


  • Transfer
  • 20:59 02.02.2026
  • Oxunma sayı: 36
Ronaldonun etirazı səbəbindən Benzemanın transferi təxirə salındı

Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) “Əl-İttihad”dan “Əl-Hilal”a keçməyi planlaşdırılan fransız hücumçu Kərim Benzemanın transferi ilə bağlı danışıqları müvəqqəti dayandırıb.

90deqiqe.Az xəbər verir ki, bu qərarın arxasında “Əl-Nəsr”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo durur.

Transfer razılaşması Ronaldonun narazılığı səbəbindən təxirə salınıb. Portuqaliyalı futbolçu “Əl-Nəsr” klubuna əlavə transfer büdcəsi ayrılmamasından narazıdır və buna görə bəzi oyunları boykot etmək hədəsi ilə çıxış etmişdi.

Qeyd edək ki, 2 fevral, bazar ertəsi günü Ronaldo mövsümdə ilk dəfə komandası üçün oyun siyahısına daxil edilməyib. Portuqaliyalı hücumçu Səudiyyə Pro-Liqasının 20-ci turunda “Ər-Riyad”la matç üçün heyətə çağırılmayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Ahli” klublarına sahibdir.







Transfer

“Bavariya"dan “Roma”ya
  • Transfer
  • 21:59 02.02.2026
“Bavariya"dan “Roma”ya