2 fevral 2026. Bazar ertəsi

“Yuventus”u “Fiorentina”ya dəyişdi


  • Transfer
  • 21:12 02.02.2026
  • Oxunma sayı: 40
“Yuventus”u “Fiorentina”ya dəyişdi

“Fiorentina” “Yuventus”un müdafiəçisi Daniyel Ruqani ilə müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi cari mövsümün sonunadək icarə əsasında “Fiorentina”da çıxış edəcək. Klub müəyyən şərtlər yerinə yetirilərsə, Ruganini daimi transfer hüququ ilə heyətində saxlamaq öhdəliyinə malikdir.

Cari mövsümdə Ruqani “Yuventus”da az oynayıb. O, bütün turnirlərdə yalnız 8 oyuna çıxıb və qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. Ruqaninin “Yuventus”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

“Fiorentina” mövsümü “Seriya A”da çıxış edərkən çətinliklərlə üzləşir. Hazırda komanda turnir cədvəlində 18-ci yerdə qərarlaşıb və yalnız 17 xala malikdir.







Transfer

“Bavariya"dan “Roma”ya
  • Transfer
  • 21:59 02.02.2026
“Bavariya"dan “Roma”ya