2 fevral 2026. Bazar ertəsi

“Portu” afrikalı futbolçunu transfer edib


  • Transfer
  • 21:16 02.02.2026
  • Oxunma sayı: 49
“Portu” afrikalı futbolçunu transfer edib

Portuqaliya çempionatının lideri “Portu” Kot-d’İvuar millisinin üzvü Seko Fofananı heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı mərkəz yarımmüdafiəçisi Fransa “Renn” klubundan cari mövsümün sonunadək icarə əsasında ələ alınıb.

Fofana 42 nömrəli formanı seçib, bunu isə ulduz futbolçu Yaya Turenin şərəfinə edib. Kot-d’İvuar millisinin üzvü karyerası ərzində “Udinese”, “Əl-Nəsr”, “Mançester Siti” və bir sıra digər klublarda çıxış edib.

Cari mövsümdə Fofana klub səviyyəsində yalnız 12 oyunda iştirak edib və hər oyunda orta hesabla 54 dəqiqə meydanda olub, 1 qol vurub. Transfermarkt portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.







Transfer

“Bavariya"dan “Roma”ya
  • Transfer
  • 21:59 02.02.2026
“Bavariya"dan “Roma”ya