- Transfer
- 22:57 02.02.2026
“Panatinaikos” klubu “Uotford”un yarımmüdafiəçisi Mussa Sissokonu transfer edib.
90deqiqe.Az xəbər verir ki, 36 yaşlı futbolçu üçün “Uotford”a ödəniləcək məbləğ hələ açıqlanmayıb.
Cari mövsümdə Sissoko “şersnilər”in heyətində 21 oyunda iştirak edib. Futbolçunun İngiltərə Premyer Liqasında zəngin təcrübəsi var. O, 2013-cü ildə Fransanın “Tuluza” klubundan “Nyukasl”a transfer olunaraq İngiltərədə çıxış etməyə başlayıb. 2013-2016-cı illərdə “Nyukasl”da, 2016-2021-ci illərdə isə “Tottenhem”də oynayıb. 2021-2022 və 2024-2026-cı illərdə “Uotford”un formasını geyinib, 2022-2024-cü illərdə isə Fransanın “Nan” klubunda çıxış edib.
Qeyd edək ki, “Panatinaikos” bu mövsüm uğursuz çıxış edir və Yunanıstan çempionatında yalnız 5-ci pillədədir, liderdən 16 xal geri qalır.