2 fevral 2026. Bazar ertəsi

Fabreqas gələcəkdə “Barselona”nın baş məşqçisi ola bilər


  • Transfer
  • 21:41 02.02.2026
  • Oxunma sayı: 28
Fabreqas gələcəkdə “Barselona”nın baş məşqçisi ola bilər

İtaliyanın “Komо” klubunun baş məşqçisi Sesk Fabreqas gələcəkdə “Barselona”nın baş məşqçisi postuna namizəd ola bilər.

90deqiqe.Az-ın "The Touchline"ya  istinadən məlumata görə, Kataloniya klubunun rəhbərliyi Fabreqasın Seria A-dakı işini yüksək qiymətləndirir və onu Hansi-Diter Flikin yerinə potensial namizədlər siyahısına daxil edib. “Barselona” rəhbərliyinə Fabreqasın oyun üslubu, gənc futbolçulara göstərdiyi etimad və katalon keçmişi xüsusi olaraq xoş gəlir.

Qeyd edək ki, 2024-cü ildən bəri “Barselona”nın baş məşqçisi 60 yaşlı Hansi-Diter Flikdir. 22 turun yekununda komandası İspaniya çempionatının turnir cədvəlində 55 xalla liderdir.







Transfer

“Bavariya"dan “Roma”ya
  • Transfer
  • 21:59 02.02.2026
“Bavariya"dan “Roma”ya