- Transfer
- 22:57 02.02.2026
“Bavariya”nın qanad oyunçusu Brayan Saraqosa mövsümün sonuna qədər “Roma” klubuna icarəyə verilib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen klubu ispaniyalını müəyyən şərtlərlə alış öhdəliyi ilə göndərib.
Xatırladaq ki, 24 yaşlı futbolçu mövsümün ilk yarısını İspaniyanın “Selta” klubunda keçirmişdi. Qış fasiləsində Vigo klubu Saragosanın icarəsini uzatmayıb və o, yenidən “Bavariya”ya qayıdıb. İspaniyada keçirdiyi bir neçə ay ərzində Saraqosanın 26 rəsmi oyunda 2 qol və 4 məhsuldar ötürmə qeydə alınıb.
İtaliyanın “Roma” klubu, baş məşqçi Ciano Piero Qasperinin rəhbərliyi altında, Seria A-da 43 xalla 5-ci pillədə qərarlaşıb. Komanda liderdən 12 xal geri qalır.