- Transfer
- 22:57 02.02.2026
Ukraynalı hücumçu Roman Yaremçuk “Lion” klubuna keçib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun “Olimpiakos”dan icarəsi mövsümün sonuna qədər nəzərdə tutulub.
Fransız klubu Yaremçukun icarəsi üçün Yunanıstan klubuna 1,5 milyon avro ödəyəcək.
Yaremçuk 2024-cü ilin yayında “Olimpiakos”a qoşulmuşdu. Cari mövsümdə o, 16 oyunda meydana çıxaraq 4 qol (hamısı Yunanıstan Kubokunda) və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Lion” bu mövsüm Fransa çempionatında 39 xalla 4-cü pillədədir və liderdən 9 xal geri qalır. Yaremçuk əvvəllər Kiyev “Dinamo”sunun yetirməsi kimi “Gent”, “Benfika”, “Brügge” və “Valensiya” klublarında çıxış edib.