- Transfer
- 22:57 02.02.2026
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hücumçu Kərim Benzema ilə müqavilə bağlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O fransalı futbolçunun yeni klubu ilə 1,5 illik razılaşma əldə olunduğunu qeyd edib.
Qeyd edək ki, əvvəlcə Benzema Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad”la matçda meydana çıxmaqdan imtina etmişdi. Futbolçu təklif olunan müqavilədən narazı qalmış və Avropaya qayıtmaq variantını nəzərdən keçirmişdi.
Eyni zamanda mediada yayılan xəbərlərə görə, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Benzemanın “Əl-İttihad”dan “Əl-Hilal”a keçməsinə qarşı çıxıb. Xatırladaq ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu ölkənin “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klublarına sahibdir.