- Transfer
- 22:57 02.02.2026
PSV-nin hücumçusu Ayodele Tomas karyerasını “Leypsiq” klubunda davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı qanad hücumçusu ilə müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Bundesliqa klubu niderlandlı futbolçu üçün Eyndhoven təmsilçisinə 400 min avro ödəyib.
Cari mövsümdə Tomas PSV-nin gənclər komandasının heyətində 19 oyuna çıxaraq 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“RB Leypsiq” hazırda 20 turdan sonra Bundesliqada 36 xalla 5-ci pillədə qərarlaşıb. Tomas klubun əsas heyətində ilk oyununu fevralın 8-i, bazar günü, “Köln”ə qarşı keçirə bilər.