3 fevral 2026. Çərşənbə axşamı

Ronaldo komandasını dəyişə bilər


  • Transfer
  • 12:46 03.02.2026
  • Oxunma sayı: 15
Ronaldo komandasını dəyişə bilər

Portuqaliyalı ulduz hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu tərk edə bilər.

90deqiqe.Az-ın "Record"a  istinadən məlumata görə, 40 yaşlı futbolçu klubun hazırkı vəziyyətindən narazıdır. Ronaldo “Əl-Nəsr”in heyətin gücləndirilməsi istiqamətində apardığı zəif transfer siyasətindən narazılıq edir. Portuqaliyalı futbolçu hesab edir ki, klub digər aparıcı Səudiyyə Ərəbistanı çempionatı təmsilçiləri ilə müqayisədə yeni oyunçuların cəlb olunmasında geri qalır.

Məlumatda bildirilir ki, Ronaldo komandasının çempionluq uğrunda mübarizəsinə bilərəkdən maneələr yaradıldığını düşünür.

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”in formasını geyinir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatır. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.







Transfer

“Bavariya"dan “Roma”ya
  • Transfer
  • 21:59 02.02.2026
“Bavariya"dan “Roma”ya