- Transfer
- 14:09 03.02.2026
“Renn” klubunun müdafiəçisi Ceremi Cakenin “Liverpul”a keçidi rəsmiləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klubun açıqlamasına əsasən, tərəflər arasında razılıq əldə olunub və 20 yaşlı futbolçu növbəti mövsümün başlanğıcından etibarən “qırmızılar”ın heyətinə qoşulacaq.
Bunun üçün fransalının iş icazəsi və beynəlxalq transfer üçün müvafiq təsdiqləri alması tələb olunur. Daha əvvəl yayılan məlumatlara görə, transferin “Liverpul”a təxminən 70 milyon avroya başa gələcəyi bildirilirdi.
Qeyd edək ki, cari mövsümdə Ceremi Caken Fransa çempionatında “Renn”in heyətində 18 oyunda meydana çıxıb. Müdafiəçi bu qarşılaşmalarda 4 sarı vərəqə alıb və 1 dəfə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.