4 fevral 2026. Çərşənbə

Kante “Fənərbağça”ya keçmək üçün “Əl-İttihad”ın məşqindən imtina edib


  • Transfer
  • 22:55 03.02.2026
  • Oxunma sayı: 30
Kante “Fənərbağça”ya keçmək üçün “Əl-İttihad”ın məşqindən imtina edib

“Əl-İttihad”ın yarımmüdafiəçisi N’Qolo Kante yenidən Avropaya qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu bu gün Səudiya klubunun məşqinə qatılmaqdan imtina edib.

Kante “Fənərbağça” ilə müqavilə bağlamaq niyyətindədir və mövqeyini dəyişməyərək Türkiyə klubuna keçid üçün danışıqları davam etdirir.

Yarımmüdafiəçi 2023-cü ildə “Çelsi”dən “Əl-İttihad”a azad agent kimi transfer olunub. Onun hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Bu mövsümdə Kante bütün yarışlarda 26 matçda çıxış edərək 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 4,5 milyon avrodur.







Transfer