4 fevral 2026. Çərşənbə

Kriştiano Ronaldo “Əl-Nəsr”i tərk edə bilər


  • Transfer
  • 23:07 03.02.2026
  • Oxunma sayı: 34
Kriştiano Ronaldo “Əl-Nəsr”i tərk edə bilər

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl-Nəsr” klubunu tərk etməyi düşünür.

90deqiqe.Az-ın "Tuttosport"a  istinadən məlumata görə, 38 yaşlı futbolçu Səudiyyə klubundan ayrılmaq niyyətindədir.

Mətbuatda Ronaldo ilə bağlı “Mançester Yunayted”ə qayıdacağı xəbərləri dolaşsa da, portuqaliyalı ulduz bu variantı nəzərdən keçirmir. O hesab edir ki, “M.Yunayted”dəki səhifəsi artıq bağlanıb.

Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”də 2003–2009 və 2021–2022-ci illərdə çıxış edib. Cari mövsümdə isə o, “Əl-Nasr”ın heyətində bütün yarışlarda 22 oyuna çıxaraq 18 qol vurub və 3 məhsuldar ötürmə edib.

Futbolçunun Səudiyyə klubuyla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.







Transfer