4 fevral 2026. Çərşənbə

“Vulverhempton” mövsümün son transfer günündə hücumçu aldı


  • Transfer
  • 23:12 03.02.2026
  • Oxunma sayı: 38
“Vulverhempton” mövsümün son transfer günündə hücumçu aldı

“Vulverhempton” İngiltərə Premyer Liqasında qalmaq uğrunda transfer çalışmalarını davam etdirir.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “canavarlar” son keçid günündə hücumçu Adam Armstronq ilə müqavilə imzalayıb.

28 yaşlı futbolçu, əvvəlki mövsümlərdə “Sauthempton”da çıxış edib, “Vulverhempton”la 2029-cu ilin iyununa qədər müqavilə bağlayıb. Transferin qiyməti 8,1 milyon avro təşkil edib.

Cari mövsümdə Armstronq klub səviyyəsində 32 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Vulverhempton” Premyer Liqada 24 turdan sonra cəmi 8 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. “Börnli”nin aktivində 15, “Vest Hem”də 20 xal var. 26 xalla “Nottingem Forest” isə 17-ci yeri tutaraq liqada qalmaq üçün vəziyyətini qoruyur.







Transfer