4 fevral 2026. Çərşənbə

“Atletiko” Rodriqo Mendosanı transfer etdi


  • Transfer
  • 23:30 03.02.2026
  • Oxunma sayı: 30
“Atletiko” Rodriqo Mendosanı transfer etdi

Madridin “Atletiko” klubu transfer pəncərəsinin son günündə mərkəz yarımmüdafiəçi Rodriqo Mendosanın transferini rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında dərc olunub.

20 yaşlı futbolçu “Elçe” klubundan “matrasçılar”ın heyətinə cəlb edilib. Tərəflər arasında imzalanan müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

İspaniya mətbuatının yaydığı xəbərə görə, “Atletiko” ispaniyalı üçün qarşı tərəfə 16 milyon avro ödəyib.

Qeyd edək ki, Rodriqo Mendosa 2023-cü ildən etibarən “Elçe”nin formasını geyinirdi. “Yaşıl-zolaqlılar”ın heyətində o, bütün turnirlərdə 71 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer