4 fevral 2026. Çərşənbə

Sterlinq “Union Berlin”ə təklif olunub


  • Transfer
  • 23:42 03.02.2026
  • Oxunma sayı: 39
Sterlinq “Union Berlin”ə təklif olunub

“Çelsi” klubunun sabiq hücumçusu Rəhim Sterlinq karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

-90deqiqe.Az ın məlumatına görə, bir neçə gün əvvəl 31 yaşlı futbolçunun “Union Berlin”ə transferi ilə bağlı təklif edilib. Lakin “Çelsi” ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən Sterlinqin keçidi üzrə Almaniya klubu danışıqlara başlamaq istəməyib.

Hazırda Sterlinq yeni klub axtarışındadır. O, azad agent statusunda olduğu üçün transfer pəncərəsindən kənar istənilən komanda ilə müqavilə imzalaya bilər.

Qeyd edək ki, Rahim Sterlinq 2022-ci ildən “Çelsi”nin formasını geyinib. O, London klubunun heyətində 81 oyunda meydana çıxıb, 19 qol vurub və 15 məhsuldar ötürmə edib.







Transfer