- Transfer
- 23:52 03.02.2026
PSJ-nin mərkəz müdafiəçisi Noam Kamara mövsümün sonuna qədər “Lion” klubuna icarəyə verilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
Müqavilədə icarənin sonunda müəyyən şərtlər ödəndikdə 19 yaşlı futbolçunun “Lion” tərəfindən alınması öhdəliyi nəzərdə tutulur. Klub icarə üçün PSJ-yə 3 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kamara PSJ-yə 2025-ci ilin yayında keçib və hazırkı mövsümdə Fransa çempionunun formasında 3 matçda meydana çıxıb, məhsuldar göstərici ilə yadda qalmayıb.