- Transfer
- 19:14 04.02.2026
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçikanın “Genk” komandasında çıxış edən Cənubi Koreya millisinin hücumçusu O Hön Qü ilə danışıqlar aparır. Tərəflər arasında razılığın əldə olunacağı və 25 yaşlı futbolçunun yaxın günlərdə İstanbula gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, O Hön Qü 2024-cü ildən etibarən “Genk” klubunun formasını geyinir.