- Transfer
- 19:14 04.02.2026
Portuqaliyalı futbolçu Ruben Neveş “Əl-Hilal” klubu ilə yeni müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytları məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq. Daha əvvəl mətbuatda yayılan xəbərlərdə Ruben Neveşə Madrid “Real”ının maraq göstərdiyi və onu azad agent statusunda transfer etməyi planlaşdırdığı bildirilirdi.
Ruben Neveş 2023-cü ildən etibarən “Əl-Hilal”ın formasını geyinir. Klubla keçirdiyi 115 oyunda o, 18 dəfə rəqib qapısına yol tapıb və komanda yoldaşlarına 30 assist edib.
Nüfuzlu Transfermarkt portalına görə, yarımmüdafiəçinin bazar dəyəri 25 milyon avrodur.