- Transfer
- 19:14 04.02.2026
"Beşiktaş"ın qış transfer dövründə qapı mövqeyi üçün əsas namizədlərindən biri hesab olunan Filip Yörgensenin transferi baş tutmayacaq.
90deqiqe.Az-ın "beIN Sports"a istinadən məlumata görə, "Çelsi" ilə aparılan danışıqların nəticəsiz qalması “qara-ağlar”ı alternativ adlara yönəldib.
Bir müddətdir London təmsilçisi ilə təmaslarını davam etdirən "Beşiktaş" rəhbərliyi danimarkalı qapıçı ilə bağlı razılıq əldə edə bilməyib. Danışıqların dalana dirənməsi səbəbindən klub transfer prosesini rəsmi olaraq dayandırıb.
Yörgensen variantının gündəmdən çıxarılmasından sonra Beşiktaşın transfer komitəsi siyahıda yer alan digər qapıçılar üzrə işləri sürətləndirib. Klubun əsas məqsədi qış fasiləsində qapı xəttini gücləndirməkdir.
"Çelsi" forması ilə bu mövsüm 8 oyunda şans qazanan 23 yaşlı qolkiper həmin matçlarda 10 qol buraxıb. Gənc qapıçı yalnız bir qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.