- Transfer
- 22:05 04.02.2026
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın "Diario SPORT"a istinadən məlumata görə, portuqaliyalı futbolçu yayda sərbəst agent statusunda “Barselona”ya keçmək niyyətindədir.
Bernardo Silva katalon klubunun rəhbərliyinə bildirmişdi ki, müqaviləsi “şəhərlilər”lə bitdikdən sonra “mavi-bordo” komandaya qoşulmaq istəyir. Lakin “Barselona” rəhbərliyi futbolçunun transferinin məqsədəuyğunluğu ilə bağlı hələ tam əmin deyil.
Portuqaliyalı futbolçu 2017-ci ildə “Monako”dan 50 milyon avroya “Mançester Siti”yə keçib. Cari mövsümdə o, bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.