- Transfer
- 22:05 04.02.2026
“AZ Alkmaar”ın yarımmüdafiəçisi Kes Smit “Real”ın transfer maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın məlumatına görə, Madrid klubu 20 yaşlı futbolçunun transferində israrlıdır. İspaniya nəhəngi artıq danışıqlara da başlayıb.
Danışıqları məşhur agent Jorge Mendes aparır. Niderland klubu futbolçusunu satmaqla təxminən 60 milyon avro gəlir əldə etmək istəyir.
Kes Smit “AZ Alkmaar”ın yetirməsidir və onun klubla müqaviləsi 30 iyun 2028-ci il tarixinə qədər nəzərdə tutulub.
Cari mövsümdə yarımmüdafiəçi doğma klubunda bütün turnirlər üzrə 31 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, Smitin bazar dəyəri 22 milyon avrodur.