- Transfer
- 22:05 04.02.2026
“Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumata görə, “Arsenal” gənc futbolçunun xidmətində maraqlıdır. London klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Münhen klubu öz yetirməsini 80–90 milyon avroya qiymətləndirir. Lennart Karl “Bavariya”nın yetirməsidir və onun klubla müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.
Cari mövsümdə gənc yarımmüdafiəçi bütün turnirlər üzrə Münhen klubunda 29 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, Lennart Karlın bazar dəyəri 60 milyon avrodur.