5 fevral 2026. Cümə axşamı

Nikolas Pas mövsümün sonunda “Real Madrid”ə qayıdacaq


  • Transfer
  • 11:26 05.02.2026
  • Oxunma sayı: 16
Nikolas Pas mövsümün sonunda “Real Madrid”ə qayıdacaq

“Komо” klubunun yarımmüdafiəçisi Nikolas Pas cari mövsüm başa çatdıqdan sonra Madrid “Real”ına qayıdacaq.

90deqiqe.Az-ın "AS"a istinadən məlumata görə, 21 yaşlı futbolçu Sesk Fabreqasın rəhbərlik etdiyi komandada çıxışı ilə diqqət mərkəzinə düşüb və “kral klubu”nun rəhbərliyi argentinalı yarımmüdafiəçinin əsas komandaya dönüşə hazır olduğunu düşünür.

“Real Madrid” qarşıdakı yay transfer pəncərəsində futbolçunun geri alışı üçün nəzərdə tutulmuş ilkin hüquqdan istifadə edəcək. Bu keçid üçün “kral klubu” cəmi 9 milyon avro ödəyəcək. Sözügedən məbləğ Nikolas Pasın bazar dəyərindən xeyli aşağıdır və digər klublar “Komо”nun ulduzunu heyətinə qatmaq istəsə, daha yüksək məbləğ ödəməli olacaqlar.

Hazırda “Real”ın futbolçunu əsas heyətdə mütəmadi olaraq oynadıb-oynatmayacağı məlum deyil. 

Qeyd edək ki, Transfermarkt portalına əsasən, Nikolas Pasın hazırkı bazar dəyəri 65 milyon avro təşkil edir.







Transfer