5 fevral 2026. Cümə axşamı

Kurt Zuma karyerasını Çində davam etdirə bilər


  • Transfer
  • 11:32 05.02.2026
  • Oxunma sayı: 17
Kurt Zuma karyerasını Çində davam etdirə bilər

Vaxtilə İngiltərə Premyer Liqasında “Çelsi” klubunun formasını geyinmiş müdafiəçi Kurt Zumanın karyerasını Çin çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın "Footmercato"ya istinadən məlumata görə, 31 yaşlı futbolçu Çin təmsilçisi “Şandun Tayşan”a keçməyə yaxındır. Tərəflərin 1 illik müqavilə imzalayacağı, sənəddə əlavə bir mövsüm uzadılma bəndinin də yer alacağı bildirilir.

Təcrübəli müdafiəçinin son klubu Rumıniyanın ÇFR komandası olub. Zuma ötən mövsüm bu klubun heyətində cəmi 3 oyunda meydana çıxıb və həmin qarşılaşmalarda 2 sarı vərəqə ilə cəzalanıb.

Hazırda azad agent statusunda olan fransalının bazar dəyəri 4 milyon avro olaraq qiymətləndirilir.







Transfer