5 fevral 2026. Cümə axşamı

“Tottenhem” Con Durandan imtina etdi


  • Transfer
  • 11:38 05.02.2026
  • Oxunma sayı: 25
“Tottenhem” Con Durandan imtina etdi

Transfer pəncərəsinin son günündə “Əl-Nəsr” klubunun hücumçusu Con Duran İngiltərə Premyer Liqasında çıxış etmək şansı əldə edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O 22 yaşlı futbolçunun “Tottenhem” klubuna təklif olunduğunu, Duranın özü də London klubunun heyətinə icarə əsasında keçməyə maraqlı olmasına baxmayaraq paytaxt təmsilçisinin seçimdə Kolo Muaniyə üstünlük verdiyini qeyd edib.

Kolumbiyalı futbolçunun mövsümün qalan hissəsini “Zenit” klubunda keçirəcəyi gözlənilir. Yaxın vaxtlarda tərəflərin transferlə bağlı bütün zəruri sənədləri imzalayacağı bildirilir.

Qeyd edək ki, futbolçu mövsümün ilk yarısını icarə əsasında Türkiyənin “Fənərbağça” klubunda keçirib. O, bu müddət ərzində 21 oyunda meydana çıxaraq 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer