5 fevral 2026. Cümə axşamı

“Milan” Vlahoviçə göz dikib, amma...


  • Transfer
  • 12:15 05.02.2026
  • Oxunma sayı: 20
“Milan” Vlahoviçə göz dikib, amma...

“Milan” klubu “Yuventus”un hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaqdar israrlıdır.

90deqiqe.Az xəbər verir ki, "rosseneri"lər üçün bu transferi reallaşdırmaq həm maliyyə, həm də struktur baxımından çətin olacaq.

26 yaşlı futbolçunun mövsümün sonunda başa çatacaq müqaviləsini uzatması ehtimalı azdır. Serbiyalı hücumçunun agenti 20 milyon avro həcmində komissiya tələb edir. Bundan başqa, yüksək maaş tələbləri də “rossoneri”nin planlarını çətinləşdirir.

Duşan Vlahoviç 2022-ci ildən “Yuventus”un formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 17 oyuna çıxaraq 6 qol və 2 məhsuldar ötürmə ilə komandaya töhfə verib. “Milan” isə onu heyətinə qatmaqla hücum xəttini gücləndirməyi hədəfləyir, lakin maliyyə tələbləri bu transferi mürəkkəbləşdirir.







Transfer