5 fevral 2026. Cümə axşamı

Leon Qoretzka karyerasını İngiltərədə davam etdirə bilər


  • Transfer
  • 20:19 05.02.2026
  • Oxunma sayı: 46
Leon Qoretzka karyerasını İngiltərədə davam etdirə bilər

Bu yaxınlarda Almaniya millisinin yarımmüdafiəçisi Leon Qoretzkanın yayda “Bavariya”dan ayrılacağı və azad agent statusu alacağı açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi ilə İngiltərə Premyer Liqasının bir neçə klubu maraqlanır. “Arsenal”, “Mançester Yunayted” və “Vest Hem” Qoretzkanın mümkün transferi ilə bağlı vəziyyəti izləyən komandalar arasındadır. Sözügedən klublar artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıblar.

Qeyd edək ki, Leon Qoretzka karyerası ərzində yalnız Almaniya klublarında çıxış edib. O, müxtəlif illərdə “Boxum”, “Şalke” və “Bavariya”nın formasını geyinib.

2025/2026 mövsümündə Qoretzka 28 matçda meydana çıxıb və 1 dəfə fərqlənib. “Transfermarkt” portalı futbolçunun transfer dəyərini 15 milyon avro olaraq göstərir.







Transfer