5 fevral 2026. Cümə axşamı

“Real” Sandro Tonalini transfer etməyəcək


  • Transfer
  • 21:03 05.02.2026
  • Oxunma sayı: 37
“Real” Sandro Tonalini transfer etməyəcək

"Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali yay transfer pəncərəsi ərəfəsində Madrid “Real”ına təklif olunub.

90deqiqe.Az-ın "Defensa Central"a istinadən məlumata görə, italiyalı futbolçunun agentləri vasitəçilər yolu ilə “Real” rəhbərliyi ilə əlaqə saxlayaraq mümkün transferin perspektivlərini öyrəniblər.

Lakin “kral klubu” Tonalinin transferində maraqlı deyil. Madrid təmsilçisi bir neçə il əvvəl futbolçunu izləsə də, hazırda onu komandaya uyğun hesab etmir.

“Nyukasl” Sandro Tonalini 90 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. Bundan başqa, “Real” rəhbərliyi 25 yaşlı yarımmüdafiəçinin artıq inkişaf potensialının məhdud olduğunu düşünür. Madrid klubu daha çox gələcək vəd edən futbolçulara yatırım etməyə üstünlük verir.







Transfer