- Transfer
- 22:42 05.02.2026
“Liverpul”un hücumçusu Məhəmməd Salahın yaxın yay transfer pəncərəsində klubdan ayrılması ehtimalı yüksəkdir.
90deqiqe.Az-ın "Winwin"ə istinadən məlumata görə, misirli futbolçu ilə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu maraqlanır və məhz bu komandanın onun karyerasında növbəti ünvan ola biləcəyi bildirilir.
“Liverpul” rəhbərliyinin 33 yaşlı futbolçunu müqaviləsinin başa çatmasına bir il qalmış sataraq transferdən qazanc əldə etmək istədiyi vurğulanır.
Salah uzun müddətdir Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzindədir.
Qeyd edək ki, Məhəmməd Salah “Liverpul”un heyətində 425 rəsmi matçda meydana çıxıb, 251 qol vurub və 119 məhsuldar ötürmə edib. “Transfermarkt” portalına əsasən, futbolçunun transfer dəyəri 30 milyon avro təşkil edir.