5 fevral 2026. Cümə axşamı

“Bavariya”dan “Qalatasaray”a


  • Transfer
  • 21:18 05.02.2026
  • Oxunma sayı: 40
 “Bavariya”dan “Qalatasaray”a

Almaniyanın “Bavariya” klubu futbolçu Saşa Boe “Qalatasaray” klubuna keçib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu mövsümün sonuna qədər icarə əsasında Türkiyə klubunda çıxış edəcək. Beləliklə, fransalı təxminən iki ildən sonra yenidən “Qalatasaray”a qayıdıb.

Xatırladaq ki, Boe “Bavariya”ya 2024-cü ilin qışında məhz “Qalatasaray”dan transfer olunmuşdu.

Cari mövsümdə 25 yaşlı fransalı müdafiəçi “Bavariya”nın heyətində bütün turnirlər üzrə 15 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalının məlumatına görə, “Qalatasaray”ın futbolçunu birdəfəlik transfer etmək hüququ var. Portal Saşa Boenin transfer dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, “Qalatasaray” hazırda Türkiyə Superliqasına liderlik edir və ən yaxın izləyicisi “Fənərbağça”nı 3 xal qabaqlayır.







Transfer