- Transfer
- 23:59 05.02.2026
“Əl-Nəsr”in hücumçusu Con Duran karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, “Zenit” klubu 22 yaşlı forvardı icarə əsasında heyətinə qatıb.
Tərəflər arasında əldə olunmuş icarə razılaşmasına kolumbiyalının daimi transferi üçün satınalma opsiyası daxil edilməyib.
Cari mövsümdə Türkiyə çempionatında Duran 10 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Həmçinin onun hesabında Avropa Liqasında 4 oyun var. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 32 milyon avro qiymətləndirilir.
Rusiya Premyer Liqasının cari mövsümünün birinci hissəsindən sonra “Zenit” 39 xalla ikinci pillədə qərarlaşıb. Lider isə 40 xalla “Krasnodar”dır.