- Transfer
- 23:59 05.02.2026
“Tottenhem”in müdafiəçisi Kristian Romero yaxın gələcəkdə İngiltərəni tərk edərək İspaniyanın La Liqasına keçə bilər.
90deqiqe.Az-ın "Teamtalk"a istinadən məlumata görə, 27 yaşlı futbolçu ilə “Barselona” və Madrid “Atletiko” klubları maraqlanır. Sözügedən klublar artıq argentinalı futbolçunun agenti ilə danışıqlara başlayıb.
Romero özü də komandada dəyişiklik etməyə hazırdır. Potensial transferin dəyəri təxminən 80–90 milyon avro qiymətləndirilir.
Cari mövsümdə Romero 27 oyunda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun “Tottenhem”lə müqaviləsi 2029-cu ilin ortalarına qədər nəzərdə tutulub.