6 fevral 2026. Cümə

“Fənərbağça” “Korintians”ın hücumçusu ilə maraqlanır


  • Transfer
  • 23:12 05.02.2026
  • Oxunma sayı: 31
“Fənərbağça” “Korintians”ın hücumçusu ilə maraqlanır

Türkiyənin “Fənərbağça” klubu yaxın günlərdə “Korintians”ın hücumçusu Yuri Alberto üçün yeni təklif etməyə hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, İstanbul klubu braziliyalı futbolçu üçün təxminən 25 milyon avro ödəməyə və sövdələşməyə öz komandasından bir oyunçunu da daxil etməyə hazırdır. Hazırda danışıqlar davam edir. 

Ötən həftə “Korintians” “Fənərbağça”nın 18 milyon avro məbləğində təklifini rədd edib.

Xatırladaq ki, Yuri Alberto əvvəlki klubu “Zenit”dən 50% paya malikdir. Braziliyalı futbolçu 2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər “Zenit”də çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 15 oyuna çıxaraq 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalına əsasən, Yuri Albertonun bazar dəyəri 22 milyon avro təşkil edir.







Transfer