- Transfer
- 23:59 05.02.2026
İngiltərə millisinin sabiq hücumçusu Rəhim Sterlinq karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.
90deqiqe.Az-ın "The Sun"a istinadən məlumata görə, 31 yaşlı futbolçu hazırda “Napoli” klubu ilə danışıqlar aparır.
Sterlinq bu klubda Kevin De Bruyne ilə yenidən birləşmək istəyir.
Onlar daha əvvəl “Mançester Siti”də birlikdə çıxış ediblər. Yanvarın sonunda Sterlinq “Çelsi” ilə müqaviləsini ləğv etdikdən sonra sərbəst agent statusunu qazanıb.
Braziliyalı futbolçu “Napoli” ilə müqavilə bağlamaq üçün maaşında azalmağa da razıdır. 2025/2026 mövsümündə Sterlinq hələ rəsmi oyunlarda iştirak etməyib, lakin İtaliyada karyerasını yenidən canlandırmaq niyyətindədir. Qeyd edək ki, hazırda “Napoli” Seria A cədvəlində üçüncü pillədədir.