- Transfer
- 23:59 05.02.2026
İtaliyanın “Fiorentina” klubunun hücumçusu Moize Kin “Milan”ın transfer gündəminə düşüb.
90deqiqe.Az-ın "Calciomercato"ya istinadən məlumata görə, “rossoneri” yay transfer pəncərəsində “bənövşələr”in ulduzu ilə bağlı danışıqlara başlamağa hazırdır.
Bildirilir ki, 25 yaşlı futbolçunun müqaviləsində 62 milyon avro məbləğində sərbəstqalma bəndi mövcuddur. Lakin “Milan” rəhbərliyi bu rəqəmi həddindən artıq yüksək hesab edir və transferi daha münasib şərtlərlə reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, cari mövsüm Moize Kin üçün ideal alınmayıb. O, Florensiya təmsilçisinin heyətində keçirdiyi 25 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun Transfermarkt portalına əsasən bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Kin “Fiorentina” ilə 2029-cu ilin yayına qədər müqavilə ilə bağlıdır.