6 fevral 2026. Cümə

“Yuventus” yayda yeni hücumçu transferinə hazırlaşır


  • Transfer
  • 11:27 06.02.2026
  • Oxunma sayı: 20
“Yuventus” yayda yeni hücumçu transferinə hazırlaşır

“Yuventus” rəhbərliyi qarşıdakı yay transfer pəncərəsində yeni hücumçu transferi üçün böyük məbləğ xərcləməyə hazırdır.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumata görə, “qoca sinyora”nın əsas forvardı Duşan Vlahoviçin mövsümün sonunda komandadan ayrılması gözlənilir. Serbiyalı futbolçunun Turin klubu ilə müqaviləsinin müddəti başa çatır.

“Yuventus” “Qalatasaray”da çıxış edən Viktor Osimhenlə maraqlanmaqda davam edir. Bundan əlavə, “byankoneri” icarə əsasında “Tottenhem”də oynayan və mövsüm bitdikdən sonra PSJ-yə qayıdacaq Randal Kolo-Muani üçün yenidən cəhd göstərə bilər.

Alternativ variant kimi “Kristal Pэlas”ın hücumçusu Jan-Filip Matetanın adı çəkilir. Fransalı forvard qış transfer dövründə “Milan”a keçməyə yaxın olub.

Transfermarkt portalına əsasən, Osimhenin bazar dəyəri 75 milyon avro, Kolo-Muaninin qiyməti 25 milyon avro, Matetanın dəyəri isə 40 milyon avro təşkil edir.







Transfer