- Transfer
- 16:23 06.02.2026
Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriges peşəkar futbol karyerasını ABŞ-da davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumata görə, son olaraq Meksikanın “Klub Leon” klubunda çıxış edən futbolçu müqaviləsinin başa çatmasından sonra komandadan ayrılıb.
MLS təmsilçisi “Minnesota Yunayted” 34 yaşlı futbolçunun transferini yekunlaşdırmaq üzrədir. Bildirilir ki, tərəflər arasında imzalanacaq müqavilə 2026-cı il dünya çempionatına qədər nəzərdə tutulub.
Məlumata görə, Kolumbiya millisinin heyətində dünya çempionatında iştirak etmək istəyən Xames Rodriges oyun praktikasını və fiziki formasını qorumaq məqsədilə klub axtarışında olub.
Xames Rodriges futbol karyerasına “Envigado”nun altyapısında başlayıb. Daha sonra “Banfield”, “Portu”, “Monako”, “Real Madrid”, “Bavariya”, “Everton”, “Ər-Rəyyan”, “Olimpiakos”, “San-Paulu”, “Rayo Valyekano” və “Klub Leon” klublarının şərəfini qoruyub.
Təcrübəli futbolçu karyerası ərzində klub səviyyəsində 516 oyunda meydana çıxıb, 127 qol vurub və 161 məhsuldar ötürmə edib.