6 fevral 2026. Cümə

“Mançester Yunayted” Kobbi Maynu ilə müqaviləni uzadacaq


  • Transfer
  • 15:16 06.02.2026
  • Oxunma sayı: 49
“Mançester Yunayted” Kobbi Maynu ilə müqaviləni uzadacaq

“Mançester Yunayted” yarımmüdafiəçi Kobbi Maynun gələcək planlarını müəyyənləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” futbolçu ilə əməkdaşlığı uzatmağı qərara alıb və yaxın zamanda danışıqlara start veriləcək.

Hazırkı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir. Bu mövsüm İngiltərə Premyer Liqasında 20 yaşlı yarımmüdafiəçi 15 matçda çıxış edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının ekspertləri Maynun bazar qiymətini 40 milyon avro qiymətləndirirlər.

Hazırda “Mançester Yunayted” Premyer Liqada 4-cü pillədə qərarlaşıb.







Transfer