6 fevral 2026. Cümə

Serxio Ramos yeni klub axtarışındadır


  • Transfer
  • 16:23 06.02.2026
  • Oxunma sayı: 18
Serxio Ramos yeni klub axtarışındadır

“Real”ın sabiq kapitanı Serxio Ramos xidmətlərini tanınmış kluba təklif edib.

90deqiqe.Az-ın "Radio Marca"ya istinadən məlumata görə, 39 yaşlı müdafiəçi “Marsel” klubu ilə əlaqə saxlayaraq Provans təmsilçisinin heyətində çıxış etmək istədiyini bildirib. Lakin Serxio Ramosun “Marsel”lə müqavilə imzalaması real görünmür.

Qeyd olunur ki, Ramos mövsümün sonuna qədər “Sevilya”da ödənişsiz çıxış etmək arzusunu da ifadə edib. Ancaq Andalusiya klubu bu təklifi qəbul etməyib. Buna səbəb kimi Serxionun yaxın gələcəkdə klubun səhmdarlarından və ya sahibi ola biləcəyi ehtimalı göstərilir.

Xatırladaq ki, Serxio Ramos bu ilin əvvəlindən etibarən Meksikanın “Monterrey” klubundan ayrıldıqdan sonra azad agent statusundadır. Təcrübəli futbolçu 2005–2021-ci illərdə Madridin “Real” klubunun şərəfini qoruyub.







Transfer