- Transfer
- 20:49 06.02.2026
Türkiyənin "Beşiktaş" klubu Kot-d'İvuardan olan Emmanuel Aqbadunun keçidini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2029-2030 mövsümünün sonuna qədər, yəni 4,5 mövsümlük müqavilə imzalanıb.
İstanbul nəhəngi bu transfer üçün "Vulverhempton" klubuna 18 milyon avro ödəyəcək.