7 fevral 2026. Şənbə

"Beşiktaş" panamalı müdafiəçini heyətinə cəlb etdi


  • Transfer
  • 22:50 06.02.2026
  • Oxunma sayı: 52
"Beşiktaş" panamalı müdafiəçini heyətinə cəlb etdi

"Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Marsel” klubunda çıxış edən Amir Murillonu transfer edib. “Qara qartallar” panamalı futbolçu ilə 2,5 illik müqavilə imzalayıb. Sözləşmədə 1 illik uzatma opsiyası da nəzərdə tutulub.

Amir Murillo peşəkar futbol karyerasına Panamanın “San Fransisko” klubunda start verib. O, daha sonra MLS-də “Nyu-York Red Bulls”, Belçikada isə “Anderlext”in formasını geyinib. Təcrübəli sağ cinah müdafiəçisi 2023/24 mövsümündən etibarən “Marsel”də çıxış edirdi.







Transfer

"Beşiktaş"dan növbəti transfer
  • Transfer
  • 00:51 07.02.2026
"Beşiktaş"dan növbəti transfer