- Transfer
- 14:46 07.02.2026
“Liverpul” yarımmüdafiəçi Dominik Soboslay ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
90deqiqe.Az-ın "Teamtalk"a istinadən məlumata görə, Mersisayd təmsilçisi macar futbolçunun maliyyə şərtlərini qəbul etməyə hazırdır. 25 yaşlı yarımmüdafiəçi yeni müqavilə çərçivəsində həftəlik 290 min avro maaş almaq istəyir.
Qeyd edək ki, tərəflər arasında mövcud müqavilənin müddəti 2028-ci ilin ortalarında başa çatır. Soboslayın hazırkı transfer dəyəri 85 milyon avro olaraq qiymətləndirilir.
Macar futbolçu cari mövsümdə “qırmızılar”ın heyətində 33 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.