7 fevral 2026. Şənbə

“Real” Yıldız planından vaz keçdi


  • Transfer
  • 14:46 07.02.2026
  • Oxunma sayı: 45
“Real” Yıldız planından vaz keçdi

Madrid “Real”ı Kenan Yıldızın “Yuventus”la yeni müqavilə imzalamasına yaxın olması fonunda transfer planlarını dəyişməli olub.

90deqiqe.Az-ın "The Touchline"a istinadən məlumata görə, Turin klubu ilə 2031-ci ilə qədər razılığa gələn 20 yaşlı vinger “kral klubu”nun uzunmüddətli hədəfləri sırasında yer alırdı. “Real” rəhbərliyi Yıldızı Vinisiusun potensial əvəzi kimi qiymətləndirirdi və bu niyyət futbolçunun ətrafına da çatdırılmışdı.

Lakin “Yuventus”un Kenan Yıldıza klubun ən yüksək maaşlı futbolçularından biri olmaq imkanı təqdim etməsi Madrid təmsilçisinin planlarını puça çıxarıb.

Türkiyəli hücumçu bu mövsüm bütün turnirlərdə 31 matçda 9 qol və 8 assistlə çıxış edib.







Transfer

"Atletiko"nu tərk edir
  • Transfer
  • 14:35 07.02.2026
"Atletiko"nu tərk edir
"Beşiktaş"dan növbəti transfer
  • Transfer
  • 00:51 07.02.2026
"Beşiktaş"dan növbəti transfer